Bank Of Baku

Elçin Quliyev: “”2006-2010-cu illərdə Azərbaycan Respublikası dövlət sərhədlərinin mühafizəsinin texniki inkişafına dair” Dövlət Proqramının icrası müvəffəqiyyətlə yekunlaşdırılıb”

Elçin Quliyev: “”2006-2010-cu illərdə Azərbaycan Respublikası dövlət sərhədlərinin mühafizəsinin texniki inkişafına dair” Dövlət Proqramının icrası müvəffəqiyyətlə yekunlaşdırılıb”
# 16 dekabr 2011 09:43 (UTC +04:00)
Bakı Rəşad Süleymanov – APA. “Dövlət Sərhəd Xidməti tərəfindən “2006-2010-cu illərdə Azərbaycan Respublikası dövlət sərhədlərinin mühafizəsinin texniki inkişafına dair” Dövlət Proqramının icrası üzrə tədbirlər müvəffəqiyyətlə yekunlaşdırılıb”. APA-nın məlumatına görə, bunu DSX-da 2011-ci ilin yekunlarına həsr olunmuş müşavirədə qurumun rəisi, general-leytenant Elçin Quliyev deyib. O bildirib ki, 2011-ci ildə dövlət sərhədlərinin mühafizəsi sisteminin təkmilləşdirilməsi məqsədilə ümumi büdcə ayrılmaları 2010-cu illə müqayisədə 121%, o cümlədən təkcə tikinti üzrə 184 % artırılıb, nəticədə maddi-texniki bazanın gücləndirilməsi istiqamətində önəmli nailiyyətlər əldə olunub. Bu il 359 binadan ibarət 49 tikinti kompleksinin əsaslı təmir-tikintisi həyata keçirilib, hərbi hissələrdə zabit-gizir heyətinin məişət şəraitinin yaxşılaşdırılması üçün 1288 mənzil inşa edilib.

E. Quliyev xatırladıb ki, bu il ilk dəfə DSX Akademiyasının tərkibində dəniz və aviasiya kafedraları fəaliyyətə başlayıb və həmin ixtisaslar üzrə qəbul keçirilib. DSX Sahil Mühafizəsinin cənub, mərkəz və şimal şöbələri fəaliyyətə başlayıb. Xəzər dənizinin sahil xətti boyu sahil nəzarəti məntəqələri Sahil Mühafizəsinin tabeliyinə verilib və tam peşəkar heyətlə kompleksləşdirilib. Sahil Mühafizəsinə yüksək keçid qabiliyyətli vasitələrin verilməsi, Xəzər dənizində sərhəd gözətçi gəmiləri tərəfindən fasiləsiz xidmətin təşkil edilməsi sərhəd sularında Azərbaycanın mənafelərinin qorunması, həmçinin müşahidə və aşkaretmə imkanlarını əhəmiyyətli dərəcədə artırıb. Bu il həmçinin Hava Nəqliyyatında Sərhəd Nəzarəti Dəstəsi yaradılıb. Yeni istismara verilən Lənkəran və Qəbələ beynəlxalq hava limanlarında sərhəd nəzarəti təşkil edilib. Təmas xəttinə yaxın hərbi hissələr müasir döyüş texnikası və müşahidə vasitələri ilə təchiz olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR