Bank Of Baku

Türkiyə şirkəti Azərbaycanın müdafiə və aviasiya sektorunda həyata keçirilən layihələrə qatılmağa hazırlaşır

Türkiyə şirkəti Azərbaycanın müdafiə və aviasiya sektorunda həyata keçirilən layihələrə qatılmağa hazırlaşır
# 16 dekabr 2011 15:33 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Türkiyənin BİTES şirkəti Azərbaycanın müdafiə və aviasiya sektorunda həyata keçirilən layihələrə qatılmağa hazırlaşır. Bu barədə APA-ya şirkətin tədarük və təkliflər müdiri İbrahim Dinçər məlumat verib.

Türkiyədə 10 ilə yaxındır fəaliyyət göstərdiklərini deyən İ. Dinçərin sözlərinə görə, BİTES müdafiə sənayesi və Türkiyə Silahlı Qüvvələrinin bütün komandanlıqları ilə çalışır. Şirkət bu günədək 30-a yaxın layihədə yer alıb və onların yarısı artıq uğurla başa çatdırılıb. Hazırda bir sıra layihələrinin davam etdiyini söyləyən şirkət nümayəndəsi bildirib ki, BİTES Türkiyədə təqdim etdiyi məhsulları Azərbaycan Silahlı Qüvvələrinə də təklif edir. Bu yaxınlarda şirkət rəsmiləri Bakıya gələrək Hərbi Hava Qüvvələri üçün təqdimat keçiriblər: “Firmamız Birləşmiş Ərəb Əmirliklərində Rusiya istehsalı olan BMP-3 döyüş maşınlarına virtual qulluq layihəsi üzrə müqaviləni imzalamaq mərhələsindədir. Biz bu çərçivədə BƏƏ və Azərbaycanda ofislərimizi açmaq niyyətindəyik”.

İ. Dinçər qeyd edib ki, BİTES Azərbaycan müdafiə sənayesini və Silahlı Qüvvələri ehtiyac duyulan bütün təlim, təhsil, texniki baxım və idarəetmə, simulyasya sistemləri ilə təchiz edə bilər. Xüsusilə də şirkətin hazırladığı, Türkiyə Silahlı Qüvvələrinin təlim mərkəzlərində geniş istifadə edilən kompüter bazalı tədris sistemləri və simulyasiya texnologiyaları Azərbaycanın müvafiq qurumlarına təqdim olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR