Bank Of Baku

“Hərbi vəzifə və hərbi xidmət haqqında” qanun layihəsi parlamentin plenar iclasına tövsiyə olunub

“Hərbi vəzifə və hərbi xidmət haqqında” qanun layihəsi parlamentin plenar iclasına tövsiyə olunub
# 16 dekabr 2011 16:05 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Milli Məclisinin Təhlükəsizlik və müdafiə komitəsinin iclası keçirilib. Milli Məclisin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanun layihəsi müzakirə olunub.

Komitənin sədri Ziyafət Əsgərov bildirib ki, ikinci oxunuşa təqdim edilən sənəddə ölkənin silahlı qüvvələrində hərbi vəzifələrin və xidmət çəkmənin hüquqi tənzimlənməsi qaydaları müəyyənləşdirilib. 9 fəsil, 54 maddədən ibarət olan qanun layihəsində vətəndaşların hərbi qeydiyyatı, gənclərin hərbi xidmətə hazırlanması və çağırılması, ehtiyatda xidmət və s. məsələlər öz əksini tapıb.

Sənəddə parlamentdə birinci oxunuş zamanı səslənən bir sıra məsələlərin nəzərə alındığı və redaktə xarakterli dəyişikliklər edildiyi diqqətə çatdırılıb.

Deputatlar müzakirəyə təqdim olunan qanun layihəsini yüksək qiymətləndiriblər. Sonda sənəd yekdilliklə parlamentin plenar iclasına tövsiyə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR