Bank Of Baku

Qazaxıstanda boyu 165 sm-dən az olan gənclər hərbi xidmətə çağırılmayacaq

Qazaxıstanda boyu 165 sm-dən az olan gənclər hərbi xidmətə çağırılmayacaq
# 21 sentyabr 2012 16:36 (UTC +04:00)
Bakı-APA. Boyları 165 santimetrdən az olan gənclər Qazaxıstan Silahlı Qüvvələrində həqiqi hərbi xidmətə çağırılmayacaq. APA-nın məlumatına görə, Qazaxıstan müdafiə nazirinin birinci müavini Saken Jasuzakov bildirib ki, həqiqi hərbi xidmətə çağırılan şəxslər üçün qoyulan fiziki tələblər dəyişdirilib. Dəyişikliklər nəticəsində quru qoşunlarında hərbi xidmətə çağırılan gənclər üçün minimum boy göstəricisi 155-dən 165-ə, aeromobil hissələrdə xidmət üçün minimal boy göstəricisi isə 165-dən 170-ə qaldırılıb. Bundan başqa indiyə kimi səhhəti ilə bağlı əhəmiyyətsiz problemləri olanlar hərbi xidmətə çağırılırdısa, yeni qaydalara görə, çağırışçı tamamilə sağlam olmalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR