Bank Of Baku

ANAMA sədri: "Minaaxtaranların maaşı 2 dəfə artırılıb"

Vüqar Süleymanov

© APA | Vüqar Süleymanov

# 01 aprel 2022 18:09 (UTC +04:00)

“Minatəmizləmə fəaliyyətləri və dayanıqlı inkişaf məqsədləri” konfransı başa çatdı. Düşünürəm ki, kifayət qədər məhsuldar keçdi, fikir mübadilələri aparıldı və gözəl təkliflər verildi”.

APA xəbər verir ki, bunu ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib.

O bildirib ki, konfransın yekun sənədində bütün bunlar əksini tapacaq.

Sənəd hazırda işlənilir.

Vüqar Süleymanov minaaxtaranların əməkhaqqının artırılması məsələsinə də münasibət bildirib.

“Minatəmizləmə fəaliyyəti ölkə rəhbərliyinin hər zaman diqqətindədir. Bunun nəticəsi olaraq, ötən bir il ərzində minaaxtaranların maaşı 2 dəfə artırılıb. Düşünürəm ki, indiki məqamda bu məsələ artıq aktuallığını itirib” - o qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR