Bank Of Baku

Azərbaycan və İran Xəzər dənizində “AZIREX-2024” birgə taktiki təlimi keçirəcək - FOTO - VİDEO - YENİLƏNİB

Azərbaycan və İran Xəzər dənizində “AZIREX-2024” birgə taktiki təlimi keçirəcək  - FOTO  - VİDEO  - YENİLƏNİB
# 03 noyabr 2024 20:14 (UTC +04:00)

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı arasında imzalanmış hərbi və hərbi-texniki əməkdaşlığa dair birgə komissiyanın iclasının protokoluna əsasən, Azərbaycan və İran İslam Respublikası Ordusunun Hərbi Dəniz Qüvvələrinin bir qrup şəxsi heyəti və gəmisinin iştirakı ilə “AZIREX-2024” birgə taktiki təlimi keçiriləcək.

APA xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Noyabrın 2-də təlimdə iştirak etmək məqsədilə qonşu ölkəyə səfər etmiş Azərbaycan Ordusunun şəxsi heyət və döyüş gəmiləri Ənzəli dəniz limanına gəliblər.
Xəzər dənizinin İran İslam Respublikasına mənsub hissəsində keçiriləcək "Dənizdə axtarış-xilasetmə" təliminə Azərbaycan Hərbi Dəniz Qüvvələrinin 2 vahid gəmisi və 100-dən çox şəxsi heyəti qatılacaq.

***
11:32

Azərbaycan və İran Xəzər dənizində birgə hərbi təlim keçirir.

APA-nın xəbərinə görə, bu barədə "Mehr" agentliyi məlumat yayıb.

Birgə hərbi təlim “Sülh və dostluq naminə əməkdaşlıq!” şüarı altında keçirilir.

© APA | Azərbaycan və İran Xəzər dənizində birgə hərbi təlim keçirir

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR