Bank Of Baku

Azərbaycana minatəmizləmə maşınları gətirilib

Vüqar Süleymanov

© APA | Vüqar Süleymanov

# 04 mart 2022 11:50 (UTC +04:00)

"Ötən il imzalanan sazişə əsasən bu il 6 minatəmizləmə maşını Azərbaycana gətirilib".

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib.

Onun sözlərinə görə, 2 minatəmizləmə maşını artıq yoldadır və yaxın günlərdə ölkəmizə daxil olacaq: “Sifarişlər əsasında digər maşınlar da hazırlanır. Onlar isə iyuna qədər Azərbaycana çatdırılacaq".

Sədr qeyd edib ki, ABŞ-dan Azərbaycana 30 minaaxtaran itin ölkəmizə gətirilməsi nəzərdə tutulub: "Onlardan artıq 20-si Azərbaycandadır. Digəri də təsdiq olunmuş qrafikə uyğun olaraq çatdırılacaq".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR