Bank Of Baku

Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Vaqif Məhərrəmovun qalıqları Neftçalada dəfn olunub - FOTO

Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Vaqif Məhərrəmovun qalıqları Neftçalada dəfn olunub - FOTO
# 21 avqust 2026 13:34 (UTC +04:00)

Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Məhərrəmov Vaqif Mənsim oğlunun nəşinin qalıqları ailəsinə təhvil verilib.

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, şəhid hərbçi Vaqif Məhərrəmovla Neftçala şəhərində şəhidin doğulub boya-başa çatdığı evdə vida mərasimi keçirilib.

Mərasimdə şəhidin ailə üzvləri, rayon İcra Hakimiyyətinin nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Cənazə namazı qılınıb. Şəhidin nəşinin qalıqları hərbi orkestrin müşayiəti və yaylım atəşi altında Astanlı kənd qəbiristanlığında - Şəhidlər cərgəsində torpağa tapşırılıb.

Qeyd edək ki, Vaqif Məhərrəmov 1971-ci il iyulun 3-də Neftçala şəhərində anadan olub. O, Birinci Qarabağ müharibəsi zamanı döyüşlərə qatılıb və 6 sentyabr 1992-ci ildə Ağdərə rayonunun Çıldıran kəndi uğrunda gedən döyüşlərdə itkin düşüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR