Bank Of Baku

FT: Tramp Ukraynaya Rusiyanın dərinliklərinə zərbələr endirmək üçün "Starlink"in verilməsini dəstəkləməyib

FT: Tramp Ukraynaya Rusiyanın dərinliklərinə zərbələr endirmək üçün "Starlink"in verilməsini dəstəkləməyib
# 21 avqust 2026 13:20 (UTC +04:00)

ABŞ Prezidenti Donald Tramp Ukraynanın Rusiyaya qarşı hücumlarda “Starlink”dən istifadəsinə icazə verməyib.

APA xəbər verir ki, bu barədə məsələdən məlumatlı olan mənbələr “Financial Times”a bildirib.

Məlumata görə, Ukrayna Rusiya ərazisinin dərinliklərinə zərbə endirmək üçün “Starlink” texnologiyası ilə təchiz olunmuş dronlardan istifadə etmək üçün icazə istəyib, amma Tramp bunu dəstəkləməyib.

Kiyevin əsas hədəfinin Rusiyanın 200 kilometr dərinliyində yerləşən ballistik raket qurğularını vurmaq olduğu qeyd olunub.

Bunun üçün isə əvvəlcə “Starlink”in rəhbəri İlon Maskın razılığı lazımdır.

Mənbələr onun Ukrayna müharibəsi ilə bağlı mövqeyinin sabit olmadığını deyib.

İyul ayında Trampla görüşdə Ukrayna Prezidenti Volodimir Zelenski məsələ ilə bağlı ABŞ liderindən Maskla danışmasını istəyib.

Mənbələrin fikrincə, Zelenski hücumların məsafəsini 200 kilometrə məhdudlaşdırmaqla Maskı razı sala biləcəyini düşünüb. Tramp isə bu fikri dəstəkləməyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR