Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Məmmədov Cümşüd Həsənxan oğlunun nəşinin qalıqları ailəsinə təhvil verilib.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, şəhid Cümşüd Məmmədovla vida mərasimi keçirilib, şəhidin qalıqları Laçın şəhərində Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Dəfn mərasimində şəhidin doğmaları, ictimaiyyət nümayəndələri və rayon sakinləri iştirak ediblər.
1962-ci ildə Laçın rayonunun Katos kəndində anadan olan Cümşüd Məmmədov 18 may 1992-ci ildə Laçın rayonunun Zabux kəndində itkin düşüb.