Bank Of Baku

Fərrux yüksəkliyində tapılan qalıqların Birinci Qarabağ müharibəsində şəhid olmuş şəxslərə aid olduğu ehtimal edilir - FOTO - YENİLƏNİB 2 - VİDEO

Fərrux yüksəkliyində tapılan qalıqların Birinci Qarabağ müharibəsində şəhid olmuş şəxslərə aid olduğu ehtimal edilir     - FOTO   - YENİLƏNİB 2  - VİDEO
# 29 mart 2022 22:47 (UTC +04:00)

Xəbərə yeni fotolar və video əlavə olunub.

***

22.04

Xocalı rayonunun Fərrux kəndi ərazisində insan qalıqlarının aşkarlanması ilə bağlı bəzi məlumatlar ortaya çıxıb.

APA-nın əldə etdiyi məlumata görə, aşkarlanan qalıqlar Birinci Qarabağ müharibəsində Fərrux yüksəkliyi və eyni adlı kənd uğrunda gedən döyüşlərdə şəhid olmuş şəxslərə aiddir.

Faktla bağlı müvafiq araşdırma və dəqiqləşmələr aparılır.

***

21.16

Xocalı rayonunun Fərrux kəndində insan qalıqları aşkarlanıb.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, Azərbaycan Ordusunun hərbçiləri Fərrux kəndi ərazisindəki mövqelərdə qazıntı işləri apararkən insan qalıqları aşkar edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR