Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi polisinin yaranmasının 30-cu ildönümü qeyd olunur. Fəaliyyətə başladığı gündən çətin və şərəfli yol keçən bu qurum 1992-ci ildə müdafiə nazirinin əmri ilə yaradılıb. Yaradılmasında əsas məqsəd dövlətin və xalqın mənafeyinin müdafiəsində, Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasında iştirak etməkdən ibarət olan hərbi polis qarşıya qoyulan tapşırıqları istənilən şəraitdə yerinə yetirməyə qadirdir.
Ruh yüksəkliyi sarsılmaz olan hərbi polisin şəxsi heyəti həmişə mənəvi-psixoloji hazırlıq baxımından əzmkarlıq nümayiş etdirib.
Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, hərbi polis naryadları ölkənin paytaxt və digər şəhərlərində, həmçinin hərbi qarnizonların yerləşdiyi yaşayış məntəqələrində stasionar və səyyar postlarda sutkaboyu xidmət aparır. Bu postlar hərbi nəqliyyatın təqdim edilən sənədlərə müvafiq marşrutlar üzrə hərəkət etməsini nəzarət altında saxlayır, zərurət yarandıqda marşrutların tənzimlənməsini, hərbi kolonların təhlükəsizliyinin təmin edilməsini həyata keçirir. Eyni zamanda, naryadda olan hərbi polis postları buraxılış rejiminə, şəxsi heyət arasında nizam-intizama, hərbi formanın nizamnamələrə uyğun daşınmasına, həmçinin xidmət və döyüş növbətçiliyi zamanı hərbi qulluqçular tərəfindən günün nizam qaydalarının yerinə yetirilməsinə nəzarəti təmin edir.
Hərbi polis nəzarət-buraxılış məntəqələrində patrul xidmətini həyata keçirməklə yanaşı, mühüm hərbi obyektlərin, hərəkətdə olan hərbi kolonların müşahidə və mühafizəsini də həyata keçirir.
Hərbi polisin tabeliyində faəliyyət göstərən Azərbaycan Ordusunun Kinologiya Mərkəzində yetişdirilən cins itlər təyinatı üzrə qoşun növlərinin sərəncamına verilir. Mütəxəssislər tərəfindən xüsusi təlim görən itlər minaaxtarma işində, qarovul xidmətinin yerinə yetirilməsində, eləcə də başqa xidməti məqsədlərdə istifadə olunur.
Hərbi polisin şəxsi heyəti Vətən müharibəsi zamanı torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə də fəal iştirak edib və qarşıya qoyulan tapşırıqları layiqincə yerinə yetirib.
Hazırda hərbi polis bölmələri işğaldan azad edilmiş yaşayış məntəqələrimizdə xidmət aparır, qoşunların dislokasiya yerlərində təhlükəsizliyin və nizam-intizamın təmin edilməsində iştirak edir. Hərbi polisin stasionar və səyyar postlarında xidmət aparan naryadlar əraziyə daxil olan texnikanın, şəxsi heyətin yoxlanılmasını və qeydiyyatını aparır, hərbi nəqliyyat vasitələrinin hərəkətini istiqamətləndirir, həmçinin Azərbaycan Ordusu bölmələrinin dislokasiya yerlərinə gedən kolonların təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə onları müşayiət edir.
Hərbi polisin yaranmasının 30-cu ildönümü qeyd edilir - VİDEO
Hərbi
Bakıda 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilib - FOTO - VİDEO - YENİLƏNİB
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş keçirilib - FOTO - YENİLƏNİB
Gəncədə Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş təşkil olunub - FOTO
Bakıda Zəfər Günündə hərbi orkestrlərin nümunəvi çıxışları keçirilib - FOTO
Xəbər Lenti
İzmirdə zavodda baş verən partlayışda ölənlərin sayı 16-ya çatıb - YENİLƏNİB-3
İran Rzayi ilə Vensin Qətərdə görüşəcəyi barədə məlumatı təkzib edib
“Barselona”nın futbolçusu Avropanın ən yaxşı gənc oyunçusu seçilib
Azərbaycan XİN İzmirdə fabrikdə baş verən partlayışla bağlı Türkiyəyə başsağlığı verib
Tramp Konqresə seçkilərin saxtalaşdırıldığını iddia edib
Mehriban Əliyeva sosial media hesabında Hacıqabuldan paylaşım edib
Gümrüdə Rusiya hərbi bazasının iki hərbçisi həbs edilib
İbrahim Kalın: Vens və Möhsün Rzayi gələn həftə Dohada görüşəcək
Rusiya və Ukrayna nümayəndə heyəti üçtərəfli danışıqların keçiriləcəyi Əbu-Dabiyə yola düşüb
“Biz qayıtmışıq!” - AzTV Böyük qayıdışla bağlı videoçarx hazırlayıb
Tehranın ikili standartları: Diplomatik etirazın arxasında hansı ziddiyyətlər dayanır? – TƏHLİL
Polşada silahlı hücum təşkil edən şəxs xəstəxanada ölüb, daha 5 nəfər saxlanılıb- YENİLƏNİB
COP31-də Xəzərin ekoloji problemləri və Azərbaycanın iqlim təşəbbüsləri təqdim olunur
Adanada zəlzələ olub
Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb
Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq
Lavrov: Əbu-Dabi danışıqlarının əsas mövzusu regionun təhlükəsizliyi olacaq
Şoyqu: Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması öz nəticəsini verir
SOCAR ilə “Sinopec Corp.” arasında memorandum imzalanıb
Özgür Özəl Prezident İlham Əliyevə zəng edib, Zəfər Günü ilə bağlı təbrikini çatdırıb
Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
Münhendə yaşayan Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd ediblər - FOTO
Naxçıvanda 3 maşın toqquşub, xəsarət alan var - FOTO
Güclü qar səbəbindən Xınalıq yolu müvəqqəti bağlanıb - FOTO
Kreml Trampın münaqişədən sonrakı Ukrayna barədə açıqlamasına münasibət bildirib
Mingəçevirdə 27 yaşlı oğlan bıçaqlanıb
Ərdoğan: Türkiyə-Azərbaycan qardaşlığına heç kim kölgə sala bilməz
FHN-in strukturlarında Dövlət Bayrağı Günü münasibətilə silsilə tədbirlər keçirilib
Draqan Vladisavljeviç “Dostluq” ordeni ilə təltif edilib - SƏRƏNCAM
Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Füzuli Rzaquliyev vəfat edib
Putin, Tramp və Si Cinpin arasında APEC sammiti çərçivəsində mümkün görüşün gündəliyi müzakirə olunur
Kreml Əbu-Dabidəki danışıqlarda Avropa "üçlüyü"nün iştirak edəcəyini təkzib edib
Ukrayna Rusiyanın Leninqrad vilayətinə dron zərbələri endirib, 1 nəfər ölüb
İmişlidə yol qəzasında 2 nəfər ölüb - YENİLƏNİB-1
İran XİN 14 vətəndaşının Azərbaycanda "arzuolunmaz şəxs" elan edilməsi ilə bağlı məlumata münasibət bildirib
Bakıda 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilib - FOTO - VİDEO - YENİLƏNİB
Aİ səfiri Azərbaycanı Dövlət Bayrağı Günü münasibətilə təbrik edib
Antalyada COP-31-in açılış mərasimi olub - FOTO
İran XİN sözçüsü: Bizim planımız Hörmüz boğazında təhlükəsizliyin bərpasına zəmin yaradacaq
Bəqayi: TRIPP layihəsi regionun geosiyasi vəziyyətində dəyişikliklərə səbəb olmamalıdır
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş keçirilib - FOTO - YENİLƏNİB
Sabahın havası açıqlanıb
Niaqara şəlaləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb - FOTO
FSB: 7 əcnəbi milli təhlükəsizliyə təhdidə görə Rusiya vətəndaşlığından məhrum edilib
Azərbaycanda əczaçılıq məhsullarının istehsalı 60%-dən çox artıb
Vilayət Eyvazovun Gəncədə vətəndaş qəbulu və sıra baxışının tarixi dəyişib