Bank Of Baku

Kərim Vəliyev Türkiyə Baş Qərargahının Kəşfiyyat rəisi ilə görüşüb

Rafet Dalkıran, Kərim Vəliyev

© APA | Rafet Dalkıran, Kərim Vəliyev

# 12 aprel 2022 15:32 (UTC +04:00)

Aprelin 12-də Azərbaycan Respublikasının müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Baş Qərargahının Kəşfiyyat rəisi korpus generalı Rafet Dalkıranın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

APA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Xəbərə görə, hər iki ölkənin orduları arasında qarşılıqlı münasibətlərin, eləcə də hərbi kəşfiyyat sahəsində əməkdaşlığın inkişaf etdiyi xüsusi qeyd olunub.
Görüşdə Azərbaycan ilə Türkiyə arasında keçirilən birgə hərbi təlimlərin təcrübə mübadiləsi baxımından əhəmiyyətli olduğu vurğulanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR