Bank Of Baku

Laçında itkin düşən hərbçilərin axtarışı davam edir - VİDEO - YENİLƏNİB

Müdafiə Nazirliyi

© APA | Müdafiə Nazirliyi

# 05 mart 2022 18:34 (UTC +04:00)

Laçın rayonu istiqamətində itkin düşmüş hərbi qulluqçularımızın axtarış-xilasetmə tədbirləri davam edir.

APA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin (MN) məlumatında deyilir.

MN bununla bağlı videogörüntü də yayıb.

***

16.46

Laçın rayonu ərazisində yerləşən bir döyüş mövqeyindən digərinə hərəkət edən Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları - əsgər Məmmədov Fərid Əjdər oğlu və əsgər Abdullayev Firdovsi Mais oğlu hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən istiqaməti itirərək azıblar.

APA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

Xəbərə görə, hərbi qulluqçularımızın tapılması məqsədilə yüksək dağlıq və çətin relyefli ərazidə hava şəraitinin əlverişsiz olmasına baxmayaraq, dərhal axtarış tədbirlərinə başlanılıb.

"Axtarış-xilasetmə tədbirlərinin nəticələri barədə əlavə məlumat veriləcək", - MN-dən bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR