Media nümayəndələri üçün Hadrut qəsəbəsində yerləşən hərbi hissədə media-tur təşkil edilib - FOTO

Media nümayəndələri üçün Hadrut qəsəbəsində yerləşən hərbi hissədə media-tur təşkil edilib - FOTO
# 24 iyun 2024 10:24 (UTC +04:00)

Bir qrup media nümayəndəsi üçün Silahlı Qüvvələr Günü münasibətilə Hadrut qəsəbəsində yerləşən hərbi hissədə media-tur təşkil edilib.

APA xəbər verir ki, təşkil olunan səfər zamanı Hadrut qəsəbəsində yerləşən N saylı hərbi hissənin şəxsi heyətinin silah-sursat bazasının bir qismi, eləcə də onların qidalanması və digər lazımi vəsaitlərin təchizi ilə media nümayəndələri yaxından tanış olub.

Qəsəbədə yerləşən hərbi hissədə xidmət göstərən hərbçilərimizin gündəlik fəaliyyəti, həmçinin azad olunmuş ərazilərdə aparılan xidmətin prioritetləri media tur zamanı əsas istiqamət olub.

Hərbi hissədə xidmətini davam etdirən Azərbaycan ordusunun hərbi qulluqçuları, eləcə də həm Vətən müharibəsində, həm də anti-terrror əməliyyatında iştirak etmiş döyüşçülər bir sıra hərbi texnika, döyüş PUA-ları və digər silah-sursat barəsində informativ məlumatlar veriblər.

Sərgi zamanı nümayiş edilən silah-sursat və digər hərbi texnikadan, döyüş PUA-larından anti-terror əməliyyatı zamanı istifadə mexanizmi barəsində də danışılıb.

APA-nın əməkdaşı ilə həmsöhbət olan hərbi qulluqçular azad olunmuş torpaqlarda xidmət etməkdən qürur duyduqlarını və döyüş növbətçiliyində hər zaman ayıq-sayıq durduqlarını ifadə ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR