Bank Of Baku

MN rəhbərliyi azad edilmiş ərazilərdə yeni inşa edilən təlim mərkəzi və hərbi hissələrdə olub

MN rəhbərliyi azad edilmiş ərazilərdə yeni inşa edilən təlim mərkəzi və hərbi hissələrdə olub
# 17 aprel 2026 12:03 (UTC +04:00)

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, Azərbaycan Ordusunun maddi-texniki bazasının gücləndirilməsi, eləcə də hərbi infrastruktur obyektlərinin inşası və müasirləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər uğurla davam etdirilir.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, MN-in rəhbər heyəti azad edilmiş ərazilərdə əsaslı təmir olunan və yeni inşa olunan təlim mərkəzi və hərbi hissələrdə görülən işlərlə tanış olub.

Müdafiə naziri general-polkovnik Zakir Həsənova məruzə edilib ki, keyfiyyətli tikinti materialları ilə inşa edilən yeni hərbi obyektlərdə şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması məsələsi daima prioritetdə saxlanılır və xidməti-döyüş fəaliyyətinin yüksək səviyyədə təşkili üçün zəruri imkanlar yaradılır.

Nazirliyin rəhbər heyəti təmir-tikinti işlərinin yüksək keyfiyyətlə və plana uyğun müddətdə yekunlaşdırılması ilə bağlı müvafiq tapşırıqlar verib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR