Bank Of Baku

Nazir: "Vətən müharibəsidə sağlamlığını itirmiş 259 nəfər xaricə müalicəyə göndərilib"

Zakir Həsənov

© APA | Zakir Həsənov

# 14 aprel 2022 15:35 (UTC +04:00)

Dövlətimizin diqqət və qayğısı nəticəsində Vətən müharibəsi dövründə sağlamlığını itirmiş 259 nəfər xarici ölkələrə müayinə və müalicəyə göndərilib.

APA xəbər verir ki, bunu müdafiə naziri, general-polkovnik Zakir Həsənov Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının yaradılmasının 30-cu ildönümünə həsr olunmuş tədbirdə deyib.

Nazir, onların böyük əksəriyyətinin müalicəsini başa vuraraq Vətənə qayıtdıqlarını diqqətə çatdırıb.

Qeyd olunub ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanının tələblərinə əsasən 1997-ci ilin 2 avqust tarixinə kimi Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən verilmiş 17995 şəhadətnamə elektron informasiya alt sisteminə yerləşdirilib. General-polkovnik Z.Həsənov Vətən müharibəsi zamanı yaralıların döyüş meydanından təxliyə olunması, 11110 nəfərə tibbi yardımın göstərilməsi və tezliklə sağalması üçün əllərindən gələni edən tibb işçilərinə təşəkkürünü bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR