Bank Of Baku

Ombudsmanın nümayəndələri Hərbi Dəniz Qüvvələrində olub

Ombudsmanın nümayəndələri Hərbi Dəniz Qüvvələrində

© APA | Ombudsmanın nümayəndələri Hərbi Dəniz Qüvvələrində

# 31 mart 2022 13:00 (UTC +04:00)

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi (MN) ilə İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı arasında 2022-ci il üçün birgə tədbirlər planına əsasən, Ombudsman Aparatının nümayəndələri Hərbi Dəniz Qüvvələrinin (HDQ) “N” hərbi hissəsini ziyarət ediblər.

MN-dən APA-ya verilən xəbərə görə, qonaqlar hərbi hissədə şəxsi heyət üçün yaradılan sosial-məişət şəraiti ilə tanış olub, gəmilər, matros yataqxanası, yeməkxana, tibb məntəqəsi, qərargah binası və digər obyektlərə baş çəkiblər.
Daha sonra şəxsi heyətlə görüşən Ombudsman Aparatının nümayəndələri insan hüquqları, o cümlədən hərbi qulluqçuların hüquqlarının müdafiəsi ilə bağlı mühazirələr oxuyaraq şəxsi heyəti maraqlandıran sualları cavablandırıblar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR