Bank Of Baku

Qanunsuz erməni silahlılarının Azərbaycan ərazilərindən çıxarılması prosesi müzakirə olunub

Qanunsuz erməni silahlılarının Azərbaycan ərazilərindən çıxarılması prosesi müzakirə olunub
# 22 mart 2022 15:58 (UTC +04:00)

10 noyabr 2020-ci il tarixli Bəyanatın 4-cü bəndinə müvafiq olaraq qanunsuz erməni silahlı qruplaşmalarının Azərbaycan ərazilərindən çıxarılması prosesi və bir sıra digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

APA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Azərbaycan Ordusunun Baş Qərargah rəisi, general-polkovnik Kərim Vəliyevin Rusiya Silahlı Qüvvələrinin Quru Qoşunları Baş Komandanının sülhməramlı fəaliyyət üzrə müavini, general-polkovnik Aleksey Kimin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşünə dair yaydığı məlumatda bildirilib.

Qeyd oluntb ki, görüşdə Azərbaycan Respublikasının Prezidenti, Rusiya Federasiyasının Prezidenti və Ermənistan Respublikasının baş nazirinin Bəyanatının müddəalarının icrası məsələləri, eləcə də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan əraziləri boyunca əməliyyat şəraiti müzakirə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR