Qarabağda aparılan axtarışlar nəticəsində erməni hərbi qulluqçu Parkev Markaryanın meyiti tapılıb.
APA-nın məlumatına görə, P. Markaryanın meyitinin xidmət etdiyi hərbi hissədən 2.5 km kənarda tapıldığı xəbər verilir.
1998-ci il təvəllüdlü P. Markaryanın hərbi hissəni qeyri-müəyyən şəraitdə tərk etdiyi bildirilir.
Onun nə vaxt itkin düşdüyü açıqlanmır.