Bank Of Baku

Şöbə müdiri: "ADEX" və “Securex Caspian” sərgilərində 270-dən çox şirkət iştirakını təsdiqləyib

Azərbaycan Müdafiə Sənayesi Nazirliyi Aparatının Beynəlxalq strateji əməkdaşlıq şöbəsinin müdiri Gülsüm Rzayeva

© APA | Azərbaycan Müdafiə Sənayesi Nazirliyi Aparatının Beynəlxalq strateji əməkdaşlıq şöbəsinin müdiri Gülsüm Rzayeva

# 22 sentyabr 2026 11:22 (UTC +04:00)

Hazırda "ADEX" və “Securex Caspian” sərgilərində 29 ölkədən 270-dən çox şirkət iştirakını təsdiqləyib.

APA xəbər verir ki, bunu Azərbaycan Müdafiə Sənayesi Nazirliyi Aparatının Beynəlxalq strateji əməkdaşlıq şöbəsinin müdiri Gülsüm Rzayeva “ADEX” və “Securex Caspian” sərgilərinə həsr olunmuş mətbuat konfransında deyib.

O bildirib ki, sərgilərdə stendlə təmsil olunacaq ölkələr arasında Azərbaycanla yanaşı, ABŞ, Almaniya, Belarus, Belçika, Birləşmiş Ərəb Əmirlikləri, Bolqarıstan, Böyük Britaniya, Braziliya, Cənubi Koreya, Çexiya, Çin, Fransa, İspaniya, İtaliya, Litva, Macarıstan, Özbəkistan, Pakistan, Polşa, Rumıniya, Rusiya, Serbiya, Sinqapur, Slovakiya, Türkiyə, Ukrayna və digər ölkələr yer alır.

O qeyd edib ki, bu il ABŞ-ın ADEX 2026-da fəal iştirakı xüsusi diqqət çəkir: “Northrop Grumman”, “SIG SAUER”, “Lockheed Martin”, “Vantor” və “Ondas” kimi ABŞ şirkətləri sərgidə ilk dəfə təmsil olunacaq".

O əlavə edib ki, Almaniyadan “Rheinmetall” və “Rohde & Schwarz”, Böyük Britaniyadan isə “BAE Systems” və digər şirkətlər sərgidə ilk dəfə iştirak edəcək.

Bildirilib ki, Türkiyə sərgidə ən geniş təmsil olunan ölkə olacaq.

Sərgilərin ənənəvi beynəlxalq iştirakçıları arasında Türkiyədən “Roketsan”, “Aselsan”, “Baykar”, “Turkish Aerospace Industries” (TAI) və “Havelsan”, İtaliyadan “Leonardo”, Çexiyadan CSG, Birləşmiş Ərəb Əmirliklərindən “EDGE Group” və İspaniyadan “INDRA” yer alır.

Qeyd olunub ki, Türkiyənin “Roketsan” şirkəti ADEX sərgisinin baş sponsoru, ABŞ-ın “Northrop Grumman” şirkəti isə ölkə tərəfdaşı sponsorudur.

ABŞ, Azərbaycan, Belarus, Böyük Britaniya, Çexiya, Çin, İsrail, İtaliya, Pakistan, Rumıniya, Rusiya, Slovakiya, Türkiyə və Özbəkistan daxil olmaqla, 14 ölkə sərgilərdə milli pavilyonla təmsil olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR