Bank Of Baku

Şoyqu Zakir Həsənova zəng edib - YENİLƏNİB

Sergey Şoyqu, Zakir Həsənov

© APA | Sergey Şoyqu, Zakir Həsənov

# 25 mart 2022 16:35 (UTC +04:00)

Martın 25-də Rusiya Federasiyasının müdafiə naziri ordu generalı Sergey Şoyqunun təşəbbüsü ilə onun Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə telefon danışığı olub.

Müdafiə Nazirliyindən APA-ya verilən xəbərə görə, tərəflər Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərindəki mövcud vəziyyəti, həmçinin regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran bir sıra digər məsələləri müzakirə ediblər.

***

13:48

Azərbaycan və Rusiya müdafiə nazirləri arasında telefon danışığı olub.

APA-nın Moskva müxbirinin Rusiya Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, Sergey Şoyqu azərbaycanlı həmkarı Zakir Həsənovla Qarabağdakı vəziyyətin sabitləşməsini müzakirə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR