Paşha Bank
Bank Of Baku

Şuşada Azərbaycan-Gürcüstan hərbi əməkdaşlığı müzakirə edilib

Şuşada Azərbaycan-Gürcüstan hərbi əməkdaşlığı müzakirə edilib
# 02 oktyabr 2026 10:30 (UTC +04:00)

Azərbaycan-Gürcüstan-Türkiyə müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşündə iştirak etmək məqsədilə Gürcüstanın müdafiə naziri İrakli Çikovani ölkəmizdə rəsmi səfərdədir.

APA Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, oktyabrın 2-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində gürcüstanlı həmkarı ilə görüşüb.

Görüşdə Azərbaycan ilə Gürcüstan arasında hərbi sahədəki əməkdaşlığın regionda sülh, sabitlik və təhlükəsizliyin təmin olunmasına mühüm töhfə verdiyi xüsusi vurğulanıb.

Qeyd olunub ki, iki ölkə arasında mütəmadi olaraq keçirilən müxtəlif formatlı görüşlər və səfərlər bütün istiqamətlərdə olduğu kimi, müdafiə sahəsində də ikitərəfli əlaqələrimizin yüksək səviyyədə olmasının bariz göstəricisidir.

Görüşün sonunda hərbi əməkdaşlığın perspektivləri, birgə təlimlərin intensivləşdirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR