Bank Of Baku

Gürcüstanda Azərbaycan vətəndaşı olan 13 yaşlı qız əkiz dünyaya gətirib, DİN araşdırma aparır

Gürcüstanda Azərbaycan vətəndaşı olan 13 yaşlı qız əkiz dünyaya gətirib, DİN araşdırma aparır
# 02 oktyabr 2026 09:49 (UTC +04:00)

Gürcüstanın Marneuli rayonunda 13 yaşlı azərbaycanlı yeniyetmə qız əkiz uşaq dünyaya gətirib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə ictimai fəal Samirə Bayramova məlumat yayıb.

O, körpələrdən birinin doğum evində öldüyünü, digərinin vəziyyətinin isə ağır olduğunu qeyd edib.

Samirə Bayramova APA-nın yerli bürosuna bildirib ki, 13 yaşlı qız Azərbaycan, onun ərə verildiyi şəxs isə Gürcüstan vətəndaşıdır.

Gürcüstanın Daxili İşlər Nazirliyi faktla bağlı araşdırmaya başlayıb. Araşdırma Gürcüstan Cinayət Məcəlləsinin 16 yaşına çatmamış şəxslə cinsi əlaqədə olmanı nəzərdə tutan maddə üzrə aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR