Bank Of Baku

Şuşada yol qəzasında həlak olan hərbçi dəfn olunub - FOTO

Şuşada yol qəzasında həlak olan hərbçinin dəfn mərasimi

© APA | Şuşada yol qəzasında həlak olan hərbçinin dəfn mərasimi

# 04 mart 2022 12:49 (UTC +04:00)

Ötən gün Şuşada baş verən yol qəzasında həlak olan hərbi qulluqçu Vüsal Kazımov dəfn edilib.

APA-nın xəbərinə görə, hərbi qulluqçu II Fəxri xiyabanda torpağa tapşırılıb.

Dəfn mərasimində hərbi qulluqçunun yaxınları, Müdafiə Nazirliyinin rəsmiləri və ictimaiyyət nümayəndələri iştirak edib.

Mərasimdə fəxri qarovul düzülüb.

Qeyd edək ki, martın 3-də hərbi yük avtomobilinin qəzaya uğraması nəticəsində xəsarət alan Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kazımov Vüsal Vüqar oğlu hərbi tibb müəssisəsinə təxliyə olunub. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR