“Türkiyə və Azərbaycan arasında qardaşlıq münasibətlərinin bölgənin rifahı və sülh üçün bir fürsət olacağını düşünürük, bu istiqamətdə də səylər davam edəcək”.
Bunu APA-ya açıqlamasında Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmayıl Dəmir deyib.
O, Azərbaycanla müdafiə sənayesi sahəsində əməkdaşlığın davamlı xarakter daşıdığını vurğulayıb: “Bu əməkdaşlıq bu gün bir addım, sabah başqa bir addım şəklində davam edəcək. Hər zaman yeni bir addım atmaq bizim üzərimizə düşən bir vəzifədir, bunu da davamlı olaraq təmin edəcəyik”.