APA-nın məlumatına görə, bunu jurnalistlərə Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin rəisi vəzifəsini icra edən Vüqar Hüseynov bildirib.
V. Hüseynovun sözlərinə görə, həmin mənbələr daşınaraq «İzotop» Xüsusi Kombinatının Müşfiq qəsəbəsi yaxınlığında yerləşən radioaktiv maddələrin saxlanma poliqonuna yerləşdirilib: «Bu cür mənbələrə, əsasən, keçmiş Sovet ordusunun hərbi hissələri ərazilərində rast gəlinir. Hazırda biz bu tip layihələri davam etdiririk».
V. Hüseynov onu da qeyd edib ki, gizli radioaktiv mənbələrin yerinin müəyyənləşdirilməsi istiqamətində FHN tərəfindən müvafiq işlər davam etdirilir. Eyni zamanda ABŞ-la imzalanmış sazişə uyğun olaraq, Birləşmiş Ştatlar tərəfindən də bu məsələdə Azərbaycana dəstək göstərilir.