Azərbaycan Silahlı Qüvvələrinin NATO-nun Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində təsis etdiyi taborun strukturu böyüdüləcək

 Azərbaycan Silahlı Qüvvələrinin NATO-nun Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində təsis etdiyi taborun strukturu böyüdüləcək
# 15 noyabr 2012 08:13 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Silahlı Qüvvələrinin NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (OCC) çərçivəsində təsis etdiyi taborun strukturunun böyüdülməsi nəzərdə tutulur. APA-nın məlumatına görə, bu barədə NATO-nun mənzil qərargahından bildirilib.

Azərbaycan tərəfi 2015-ci ildə OCC taborunu briqada səviyyəsinə çatdırmaq niyyətindədir. Bununla bağlı olaraq mövcud OCC taboru, sülhməramlı taborun birləşdirilməsi, habelə yeni – üçüncü taborun yaradılması nəzərdə tutulur.

2008-ci ildə ilk dəfə OCC bölüyünün 1-ci səviyyəli özünüqiymətləndirilməsi, eləcə də ABŞ, Türkiyə və NATO ekspertlərinin iştirakı ilə bölüyün 1-ci səviyyəli NATO qiymətləndirməsi üzrə təlimi keçirilib. 2010-cu ilin avqust ayında tabor səviyyəsi elan edilib. OCC taboru NATO qüvvələri ilə birgə əməliyyatlar üçün nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR