Bank Of Baku

Azərbaycanla NATO arasında əməkdaşlıq çərçivəsində bir sıra tədbirlər keçiriləcək

 Azərbaycanla NATO arasında əməkdaşlıq çərçivəsində bir sıra tədbirlər keçiriləcək
# 30 noyabr 2012 07:26 (UTC +04:00)

 

 

Bakı-APA. Azərbaycanla NATO arasında imzalanmış “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində, fərdi tərəfdaşlıq proqramı əsasında bir sıra tədbirlər keçiriləcək. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə,

Şvarzenburq (İsveçrə)  “Əməliyyat imkanları konsepsiyasının məlumat bazası” adlı treninq 4-6 dekabrda baş tutacaq.

Tərəfdaşlar arasında informasiyanın canlı idarə edilməsi sistemi (ePRIME) kursu

isə 5-6 dekabr tarixlərində Brüsseldə keçiriləcək.

Azərbaycan-ABŞ ikitərəfli əməkdaşlıq planına əsasən, dekabrın 5-dən 7-dək      

Stokholmda “VIKING 14” kompüter dəstəkli komanda-qərargah təliminin ilkin planlaşdırma konfransı olacaq.

Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin hərbi attaşeləri ilə ilin yekunlarına dair toplantısı dekabrın 7-də Bakıda keçiriləcək.

Souda körfəzində (Yunanıstan) “Avrasiya tərəfdaşlığının zirvəsi” mövzusunda seminarlar dekabrın 10-dan 14-dək davam edəcək.

NATO Müdafiə Kollecinin nümayəndələrinin Azərbaycana səfəri isə 16-18 dekabrda olacaq.

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR