APA-nın “Kavkazskiy Uzel” portalına istinadən verdiyi məlumata görə, bu statistikanı hüquq müdafiəçisi, Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisin rəhbəri Artur Sakunts açıqlayıb.
Onun sözlərinə görə 44 ölüm faktlardan 12-si cəbhədə atışma zamanı, 8-i intihar, 14-ü bədbəxt hadisə, 2-si silahla ehtiyatsız davranış, 3-ü qətl nəticəsində, 5-i hərbi qulluqçuların səhhəti ilə bağlı baş verib. Hüquq müdafiəçisi həmçinin qeyd edib ki, bütün faktlar üzrə cinayət işləri başlanılıb, istintaq davam edir.
Ehtiyatda olan hərbi qulluqçu Armen Poqosyan bildirib ki, erməni ordusunda qismən kriminal qanunları hökm sürür, müəyyən qaydalar var ki, onları pozmaq olmaz: “Düşünürəm ki, orduda münaqişələr əsasən əsgər və zabitlər arasında baş verir. Bəzən zabitlərin reaksiyası müəyyən hərəkətlərə tam adekvat olmur”. A.Poqosyanın sözlərinə görə, əsgərlər arasında münaqişələr əsasən postlarda baş verir: “Çətin şərait, əsəbilik, yorğunluq münaqişələrə gətirib çıxara bilər”.
Qeyd edək ki, dekabrın 13-də Ermənistan prezidentinin iqamətgahı qarşısında orduda həlak olan əsgərlərin qohumları və yaxınları etiraz aksiyası keçirtdilər. Onlar orduda ölüm faktlarının düzgün və ədalətli araşdırılmasını tələb ediblər.