Bank Of Baku

Azərbaycan-İtaliya ikitərəfli hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycan-İtaliya ikitərəfli hərbi əməkdaşlıq məsələləri müzakirə olunub
# 28 yanvar 2014 15:15 (UTC +04:00)

Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

 

Tədbirdə nümayəndə heyətlərinə Azərbaycan tərəfdən Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Ramiz Nəcəfov, İtaliya tərəfdən isə İtaliya Silahlı Qüvvələrinin Baş Qərargahının 3-cü İdarəsinin rəis müavini kontr-admiral Edoardo Kompiani rəhbərlik ediblər.

 

Müzakirələr zamanı ölkələr arasında hərbi, hərbi təhsil və hərbi-texniki sahələrdə əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri nəzərdən keçirilib. Regional təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparılaraq, yekunda "Azərbaycan Respublikası Müdafiə Nazirliyi və İtaliya Respublikası Müdafiə Nazirliyi arasında 2014-cü il üçün ikitərəfli əməkdaşlıq Planı" imzalanıb.

 

Tədbirdə İtaliyanın Azərbaycandakı səfiri cənab Ciampaolo Kutillo və İtaliya Silahlı Qüvvələrinin Azərbaycanda akkreditə olunmuş hərbi attaşesi kontr-admiral Emanuele Botazzi iştirak ediblər.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR