Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Paravakar, Berkaber kəndləri və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq kəndində və Qazax rayonunun Qızılhacılı kəndində, Berd rayonunun Mosesqex, Ayqepar kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi və Əlibəyli kəndlərində, Noyemberyan rayonunun Berdavan, Barekamavan kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli və Qaymaqlı kəndlərində yerləşən mövqelərimizi atəşə tutublar.
Füzuli rayonunun Horadiz, Qorqan, Aşağı Əbdürrəhmanlı, Aşağı Seyidəhmədli, Qaraxanbəyli, Ağdam rayonunun Mərzili, Yusifcanlı, Cəvahirli, Baş Qərvənd, Tərtər rayonunun Göyarx, Çiləbürt, Qızıl Oba, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.
Azərbaycan MN: Erməni silahlı bölmələri sutka ərzində atəşkəs rejimini 150 dəfə pozub - VİDEO
26 yanvar 2014 08:55 (UTC +04:00)
Hərbi
“Anadolu Ankası – 2024” beynəlxalq təlimi başa çatıb - VİDEO
18:40
17 may 2024
Baş Qərargah rəisi artilleriya bölmələrinin taktiki təlimini izləyib
14:34
17 may 2024
Türkiyədə “Anadolu Ankası – 2024” təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib - FOTO - VİDEO
21:59
16 may 2024
DSX Akademiyasının növbəti buraxılışı münasibətilə təntənəli mərasim keçirilib
15:09
16 may 2024