Fizuli. Teymur Zahidoğlu - APA. Orduda ölən əsgərlərin daxili orqanlarını qanunsuz transplantasiyaya yönəldilməsi haqda informasiyalar yanlışdır.
APA-nın məlumatına görə, Müdafiə Nazirliyinin mətbuat xidmətin rəhbəri Eldar Sabiroğlu bildirib ki, son vaxtlar əsgər ölümləri ilə bağlı yayılan xəbərlərdə guya həlak olan əsgərlərin daxili orqanlarının çıxarılması barədə əsassız məlumatlar yer alır.
O qeyd edib ki, insan öldükdən sonra onun bütün əzalarının funksiyası bir neçə dəqiqədən sonra yarasız hala düşür: “Hətta həlak olan əsgərlərin qohumlarının qanuni nümayəndələrinin razılığı olsa belə, həmin hərbçilərin orqanlarının transplantasiyası mümkünsüzdür. Bu cür xəbərlərdə məqsəd Azərbaycan ordusunu gözdən salmaq, ictimai qınağın hədəfinə çevirmək, hərbi vətənpərvərlik ruhuna sağalmaz zərbə vurmaqdır”.