Bank Of Baku

Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna yığılan vəsait 5,6 milyon manat artıb

Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna yığılan vəsait 5,6 milyon manat artıb
# 01 iyun 2013 14:16 (UTC +04:00)

İyun ayının 1-i tarixinə fondun Azərbaycan valyutası ilə hesabındakı vəsait 41 412 910 manat, ABŞ valyutası ilə hesabındakı vəsait 208791 ABŞ dolları, avro hesabındakı vəsait 593 avro olub. ABŞ valyutası ilə hesabdakı vəsait ilin əvvəli ilə müqayisədə cəmi 3 min dollar artıb. May ayında Fondun nə ABŞ valyutası, nə də avro hesabına vəsait daxil olmayıb.

 

Fondun hesablarındakı ümumi vəsait 53 203 488 ABŞ dollarına çatıb.

 

Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan prezidentin 17 avqust 2002-ci il tarixli sərəncamı ilə yaradılıb. Sərəncama əsasən Silahlı Qüvvələrə Yardım Fondu respublika ərazisində fəaliyyət göstərən fiziki və hüquqi şəxslərdən könüllü olaraq daxil olan vəsait və qanunvericiliklə qadağan olunmamış digər daxilolmalar hesabına formalaşır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR