Bank Of Baku

Azərbaycanda barabanlı qumbaraatanlar istehsal edəcək zavod inşa olunur

Azərbaycanda barabanlı qumbaraatanlar istehsal edəcək zavod inşa olunur
# 19 fevral 2013 12:40 (UTC +04:00)

 

Əbu Dabi. Rəşad Süleymanov, Şamil Əlibəyli - APA. Azərbaycan və Serbiya birgə silah istehsal edəcək. Bu barədə APA-nın Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu Dabiyə ezam olunmuş əməkdaşlarına IDEX-2013 beynəlxalq müdafiə sərgisində təmsil olunan Serbiyanın stendindən məlumat verilib.

 

Stenddən bildirilib ki, hazırda Serbiyanın iştirakı ilə Azərbaycanda yeni zavod inşa olunur. Zavodda 40 və 46 mm-lik barabanlı (revolver tipli) qumbaraatanlar istehsal olunacaq.

 

Gələcəkdə müəssisədə digər silahların da istehsalını həyata keçirmək mümkün olacaq.

 

Qeyd edək ki, APA-nın əməkdaşlarının sərgidə iştirakına Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin hərbi texnikaların istehsalı sahəsində tərəfdaşı, CAR-ın “Paramount Group” şirkəti dəstək verib.

 

   

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR