Bank Of Baku

Azərbaycanda hərbi təlim zamanı tank aşıb, bir hərbçi ölüb

Azərbaycanda hərbi təlim zamanı tank aşıb, bir hərbçi ölüb
# 18 fevral 2013 07:34 (UTC +04:00)

 

APA-nın məlumatına görə, hadisə fevralın 15-də Naxçıvan Muxtar Respublikasında yerləşən “N” saylı hərbi hissədə qeydə alınıb. Hərbi təlim zamanı müddətdən artıq xidmət edən hərbi qulluqçu Müşfiq Qəzənfər oğlu Bəylərovun idarə etdiyi tank xəndəyə düşərək aşıb. M. Bəylərov tankdan çıxmaq istəyərkən texnikanın altında qalaraq ölüb.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev APA-ya əsgərin qəza nəticəsində dünyasını dəyişməsi faktını təsdiqləyib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR