Bank Of Baku

Azərbaycanın indiyə qədər Əfqanıstana etdiyi hərbi yardımın miqdarı açıqlanıb

Azərbaycanın indiyə qədər Əfqanıstana etdiyi hərbi yardımın miqdarı açıqlanıb
# 02 oktyabr 2017 11:35 (UTC +04:00)

Azərbaycan indiyə qədər Əfqanıstana 1 000 000 ABŞ dolları həcmində hərbi yardım edib.

 

APA-nın məlumatına görə, bunu Milli Məclis sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov parlamentin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Əfqanıstan İslam Respublikasının Müdafiə Nazirliyi arasında Əfqanıstan İslam Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xüsusi təyinatlı təhsil müəssisələrində təhsil almaları haqqında" Sazişin ratifikasiyası zamanı bildirib.

 

Z. Əsgərov yardımların bundan sonra da davam edəcəyini açıqlayıb.

 

Sonda sənəd səsə qoyularaq ratifikasiya olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR