Bank Of Baku

Azərbaycanın müdafiə naziri: “Hərbi parad xalqımızda Dağlıq Qarabağ münaqişəsində qələbəyə inamı bir daha artırıb”

Azərbaycanın müdafiə naziri: “Hərbi parad xalqımızda Dağlıq Qarabağ münaqişəsində qələbəyə inamı bir daha artırıb”
# 28 iyun 2013 13:55 (UTC +04:00)

İyunun 24-də cənab prezidentin sərəncamı ilə Müdafiə Nazirliyinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə maaşları orta hesabla 10 faiz artırılıb”. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu fikirləri müdafiə naziri Səfər Əbiyev nazirliyin xüsusi təyinatlı təhsil müəssisələri məzunlarının 13-cü buraxılışına həsr edilmiş təntənəli mərasimdəki çıxışı zamanı deyib.

 

Nazir bildirib ki, Azərbaycan Silahlı Qüvvələri yaradılmasının 95-ci ildönümü möhtəşəm hərbi paradın keçirilməsi ilə bayram edilib: “ Silahlı Qüvvələrin şəxsi heyətinin, müasir hərbi texnika, aviasiya və döyüş gəmilərinin iştirakı ilə keçirilən bu hərbi parad xalqımızda Dağlıq Qarabağ münaqişəsində qələbəyə inamı bir daha artırıb. Azərbaycan Silahlı Qüvvələrinin yaradılması müstəqil dövlətimizin əsas uğurlarından biridir. Ordumuzun tarixi əslində müstəqilliyimizin və suverenliyimizin tarixidir. Bu tarixi xalqımız öz azadlığı və istiqlalı uğrunda mübarizə aparan övladlarının həyatı və qanı bahasına yaradıb. Azərbaycan Silahlı Qüvvələrinin də bu tarixi qələbədə və dövlət­çi­li­k tariximizin ye­ni sə­hi­fə­lə­rinin yazılmasında xüsusi xidmətləri olub”.

 

Səfər Əbiyev qeyd edib ki, nazirliyinin xüsusi təyinatli təhsil müəssisələri müasir standartlara uyğun proqramlarla fəaliyyət göstərir: “Son illərdə təhsil sistemi uğurlu dinamik inkişaf yolu keçib, NATO ölkələrinin hərbi təhsil sisteminə uyğunlaşdırılıb və Vətənimiz üçün yüksək ixtisaslı hərbi kadrların hazırlanmasını təmin edir. Tədris proqramları təkmilləşdirilib. Silahlı Qüvvələrin Hərbi Akademiyasında magistr təhsil pilləsi üzrə ilk qəbul həyata keçirilib. Müdafiə Nazirliyinin xüsusi təyinatlı təhsil müəssisələrinin maddi-texniki bazası yüksəldilib, proqramlara uyğun olaraq yeni trenajorlar quraşdırılıb istifadəyə verilib. Bu iş bu gün də davam etdirilir. Silahlı Qüvvələrin Hərbi Akademiyasının Simulyasiya Mərkəzində komanda-qərargah təlimlərini ən yüksək səviyyədə keçirmək məqsədilə yeni kompüter proqramı tətbiq edilməkdədir. Təhsil müəssisələrinin professor və müəllim heyəti Amerika Birləşmiş Ştatlarının, Türkiyənin, Litvanın, İordaniyanın, Pakistanın, o cümlədən NATO-nun hərbi-təhsil müəssisələrinin nümayəndələri ilə plana uyğun şəkildə qarşılıqlı təcrübə mübadiləsi aparır. Hərbi təhsil müəssisələrinin kursantları ölkəmizdə ali məktəblər arasında keçirilən olimpiadalarda və yarışlarda, NATO üzvü və tərəfdaş dövlətlərlə birgə keçirilən beynəlxalq təlimlərdə iştirak edirlər”. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR