Bakı. Rəşad Süleymanov – APA. Mayın 5-dən 8-dək Bakıda Azərbaycan Silahlı Qüvvələrinin Əməliyyat İmkanları Konsepsiyası taborunun (OCC) 2-ci səviyyəli NATO qiymətləndirmə təliminin keçirilməsi planlaşdırılır. Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
NATO ekspertlərinin nəzarəti altında keçiriləcək təlimdə OCC taboru tərəfindən qarşıya qoyulan müxtəlif elementlərin icra səviyyəsi qiymətləndiriləcək.
Qeyd edək ki, 2012-ci ilin iyun ayında OCC taborunun 1-ci səviyyəli NATO qiymətləndirmə təlimi, 2013-cü ilin oktyabrında isə taborun 2-ci səviyyəli özünüqiymətləndirmə təlimi keçirilib.
OCC taborunun ştat strukturunun 2015-ci ildə briqada səviyyəsinə keçirilməsi nəzərdə tutulur.