Bakı-APA. Azərbaycanla NATO arasında imzalanmış “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində, fərdi tərəfdaşlıq proqramı əsasında bir sıra tədbirlər keçiriləcək. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycan-ABŞ iş planına əsasən, yanvarın 7-də ABŞ-ın Hərbi Dəniz Akademiyasında təhsil proqramı (Rodaylend, Nyüport, ABŞ) başlayacaq.
Azərbaycan-Litva ikitərəfli əməkdaşlıq proqramına əsasən, yanvarın 14-də 2-ci səviyyə beynəlxalq ingilis dili kursu na (Vilnüs, Litva) start veriləcək.
Azərbaycan-Böyük Britaniya ikitərəfli əməkdaşlıq proqramına əsasən isə yanvarın 14-dən fevralın 22-dək Çoxmillətli Sülhü Dəstəkləmə Əməliyyatları üzrə təlimatçı hazırlığı kursu
olacaq (Vişkov, Çex Respublikası).
Yanvarın 15-də Brüsseldə Hərbi məlumatların hazırlanması və mübadiləsi (VERITY) üzrə işçi görüşü olacaq.
Bundan başqa, 15-23 yanvar tarixlərində Qarmişda (AFR) 2014-cü il Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin (İSAF) keçid dövründən sonra Mərkəzi Asiyada vəziyyətə dair tədbir olacaq.