Azərbaycanda səfərdə olan Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Milli Müdafiə Kollecinin nümayəndə heyətinin rəhbəri briqada generalı Salim Əl-Şamsi Silahlı Qüvvələrinin Hərbi Akademiyasında olub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nümayəndə heyəti akademiyada hərbi təhsil sahəsində ikitərəfli əməkdaşlıq imkanlarını müzakirə ediblər. Qonaqlara “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası”, “Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq fəaliyyəti” və “Azərbaycan Respublikasının müdafiə və təhlükəsizlik siyasəti, onun prioritetləri” haqqında brifinqlər təqdim olunub.
Sonda briqada generalı Silahlı Qüvvələrin Hərbi Akademiyasının xatirə kitabına ürək sözlərini yazıb.