Ötən il üzləşdiyi maliyyə problemləri ilə əlaqədar olaraq müflis olduğu elan edilmiş ATE şirkəti «Paramount Group»un tərkibində «Paramount Advanced Technologies» adı ilə fəaliyyət göstərəcək.
«Paramount Group» şirkətinin icraçı sədri İvor Ichikowitzin sözlərinə görə, bu adım onun rəhbərlik etdiyi şirkətə müdafiə sənayesində əlavə imkanlar qazandıracaq. Bununla «Paramount Group»un məhsulları sırasına pilotsuz uçuş aparatları, avionik sistemlər, missiya sistemləri və s.əlavə olunur.
Qeyd edək ki, hazırda «Paramount Gproup» və ATE şirkəti Azərbaycanın hərbi sənayesində həyata keçirilən layihələrdə iştirak edir. «Paramount Group»un Müdafiə Sənayesi Nazirliyi ilə 2007-ci ildə başlamış əməkdaşlığı çərçivəsində Bakıda minaya qarşı qorumalı iki növ hərbi nəqliyyat vasitəsinin istehsalı həyata keçirilir. ATE firması isə Azərbaycan Hərbi Hava Qüvvələrinin Mi-24 zərbə helikopterlərinin modernləşdirilməsi proqramında iştirak edib. Bu şirkətin layihəsi əsasında, Mi-24 Super Hind Mk.4 proqramı çərçivəsində modernləşdirilmiş olunmuş helikopterlər Mi-24G (Gecə) indeksi ilə silahlanmaya daxil edilib. ATE şirkəti 2011-ci ildə Azərbaycanda «Azairtechservise» şirkəti ilə birgə “Aztechengineering Co.” adlı müəssisə təsis edib.