Bank Of Baku

Daxili Qoşunlar psixoloqların işə qəbuluna başlayır

Daxili Qoşunlar psixoloqların işə qəbuluna başlayır
# 11 aprel 2013 12:17 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Azərbaycan Daxili İşlər Nazirliyinin Daxili Qoşunları psixoloqların işə qəbuluna başlayır. Bu barədə APA-ya Daxili Qoşunlardan məlumat verilib.

 

Məlumatda bildirilib ki, ən azı üç il psixologiya ixtisası üzrə iş təcrübəsi olan, hərbi qulluqçular arasında mənəvi-psixoloji iş aparmaq bacarığına malik, hərbi xidmət keçmiş, fiziki və sağlamlıq vəziyyətinə görə Daxili Qoşunlarda xidmətə yararlı Azərbaycan vətəndaşlarını işə dəvət edilir.

 

Əlavə məlumat almaq istəyənlər Daxili Qoşunlar Baş İdarəsinin Kadrlar şöbəsinə (560 2700) müraciət edə bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR