Bank Of Baku

Daxili Qoşunların yaranmasının 21-ci ildönümünə həsr olunmuş mərasim keçirilib

Daxili Qoşunların yaranmasının 21-ci ildönümünə həsr olunmuş mərasim keçirilib
# 12 mart 2013 12:55 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Daxili Qoşunların yaranmasının 21-ci ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə daxili işlər naziri, general-polkovnik Ramil Usubov da iştirak edib.

 

Tədbirdə məruzə ilə çıxış edən Daxili Qoşunların komandanı, general-leytenant Zakir Həsənov bildirib ki, ötən illər ərzində sözügedən qurum ölkənin ictimai-siyasi həyatında baş verən bütün proseslərin bilavasitə iştirakçısı olub, ciddi sınaq və çətinliklərdən dəyanətlə çıxıb. O, qeyd edib ki, Daxili Qoşunların şəxsi heyəti Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə 510 hərbi qulluqçusu həlak olub, 1166-sı yaralanıb, 268 nəfər itkin düşüb, 9 əməkdaş «Azərbaycanın Milli Qəhrəmanı» adına layiq görülüb.

 

Daha sonra tədbirdə çıxış edən Ramil Usubov Daxili Qoşunların şəxsi heyətinin ərazi bütövlüyümüz və suverenliyimizin, dövlətçiliyimizin, milli mənafelərimizin keşiyində hər zaman ayıq-sayıq dayandığını, ölkədə daxili sabitliyin, ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasında əsas qüvvələrdən birinə çevrildiyini xüsusilə qeyd edib.

R. Usubov qoşunların yüksək peşəkarlığa və mənəvi-psixoloji hazırlığa malik mobil bir quruma çevrildiyini bildirib.

 

Təntənəli mərasimin sonunda tədbir iştirakçıları adından prezident İlham Əliyevə müraciət qəbul olunub.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR