Ermənilər Azərbaycan Ordusunun mövqelərini bir neçə istiqamətdə atəşə tutub

Ermənilər Azərbaycan Ordusunun mövqelərini bir neçə istiqamətdə atəşə tutub
# 12 fevral 2013 06:46 (UTC +04:00)

Bakı – APA. Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun işğal olunmuş Şirvanlı, Qaraqaşlı, Goranboy rayonunun Tapqaraqoyunlu, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR