Bakı – APA. Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun işğal olunmuş Şıxlar, Goranboy rayonunun Gülüstan, Tapqaraqoyunlu, Cəbrayıl rayonunun Mehdili, Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.