Bakı – APA. Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Cəvahirli, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Goranboy rayonunun Gülüstan, Tərtər rayonunun Qızıl Oba, Çaylı, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.