Bakı – APA. Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber və Vazaşen kəndlərində yerləsən mövqelərdən Qazax rayonunun Qızıl Hacılı kəndi yaxınlığında və adsız yüksəkliklərdə yerləsən mövqelərimizi atəşə tutub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Füzuli rayonunun Asağı Əbdulrəhmanlı, Horadiz, Ağdam rayonunun Mərzili, Şirvan, Şıxlar, Kəngərli, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında, Göygöl və Xocavənd rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləsən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.