Bank Of Baku

Ermənilər Azərbaycan Ordusunun mövqelərini atəşə tutublar

Ermənilər Azərbaycan Ordusunun mövqelərini atəşə tutublar
# 10 iyun 2013 06:49 (UTC +04:00)

Bakı – APA. Erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı, Horadiz, Qaraxanbəyli, Ağdam rayonunun Mərzili, Cəvahirli, Sarıcalı, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutub.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR