Bakı – APA. Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Noyemberyan rayonunun Voskevan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Quşçuayrım kəndində yerləşən mövqelərimizi atəşə tutub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ağdam rayonunun Mərzili, Şıxlar, Qaraqaşlı, Novruzlu, Goranboy rayonunun Gülüstan, Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı, Qaraxanbəyli, Qorqan və Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.